Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirdə, sələfi düşüncəlilərin hökümət postlarına təsiri nəticəsində, ölkədə əqidə azadlığına və dini ayinlərin keçirilməsinə qeyri rəsmi qadağalar qoyulur. Belə ki, Misirin “Vəqf və Dini işlər üzrə Nazirliyi” ölkədə yaşayan Şiələrin Ərbəin mərasimini qeyd etməkdən ötrü, paytaxt Qahirədə yerləşən “Məqamu Rəsil Hüseynə (əleyhis səlam)” daxil olmaqlarının qarşısını alıb. Bununla bağlı Misir Şiələri ölkə nazirliyinə öz etirazların bildiriblər.
Ümümdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının üzvü və Misir Şiələrin fəallarından biri sayılan “Seyyid Tahir əl-Haşimi” olayla bağlı belə deyir: “Misirdə mövcud olan bəzi qruplar, Misirin “Vəqf və Dini işlər üzrə Nazirliyi”nə bir başa mənfi təsir göstərirlər”.
O, sözünün davamında deyib: “Vəqf və Dini işlər üzrə Nazirlik, “Məqamu Rəsil Hüseyn (əleyhis səlam)”də təmir işlərinin aparılmasını bəhanə gətirərək, ziyarətgahı inanclı təbəqənin üzərinə bağlayıb və İmam Hüseynin (əleyhis səlam) Ərbəin mərasimin qeyd etməkdən ötrü ziyarətgaha toplaşan minlərlə aşiqlərini geri döndərmək məcburiyyətində qoyub”.
Misirli Şiə fəalı daha sonra bildirib: “Misir sələfiləri, “Vəqf və Dini işlər üzrə Nazirlik”də böyük nüfuza malikdirlər. Və bütün bu işlər onların səyləri nəticəsində baş verir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır