Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Təbrizdə Azərbaycan İslam Partiyasının sədri doktor hacı Mövsüm Səmədovun həbsinin ikinci ildönümü münasibətilə mərasim keçiriləcək və bu mərasimdə Azərbaycan islamçılarının son durumu təhlil ediləcək. "İmam Zaman (əc)" məscidinin mədəniyyət bölməsi və şəhərin bir sıra mədəni-dini təşkilatlarının təşəbbüsü ilə keçirilən toplantı, höccətül-islam vəl-müslimin Bərginin xətibliyi ilə 5 yanvarda məğrib və işa namazlarından sonra həmin məsciddə baş tutacaq.
Qeyd edək ki, doktor Səmədov 2011-ci il 2 yanvar ölkənin orta məktəblərində hicabın qadağan olunmasına bərk etiraz olaraq, öz tarixi çıxışında dövlətin müxtəlif islamofobiya siyasətlərini tənqid etdi və iki gün sonra həbs edilərək müxtəlif əsassız ittihamlarla sifarişli məhkəmə ilə 12 il müddətində azadlıqdan məhrum edildi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır