Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Suriya dövləti bu ölkədə yaxalanan Türkiyə Hərbi Hava Qüvvələrinin və Türkiyə xüsusi xidmət orqanı olan MİT-in(MİT-Milli İstihbarat Teşkilatı) zəbitlərinin adlarını açıqlayıb.
Azad Suriya Ordusu adlı terror qruplaşmasının tərkibində hava limanını və oradakı qırıcı təyyarələri ələ keçirmək üçün hücum edərkən Suriya ordusunun təşkil etdiyi əməliyyat nəticəsində pusquya düşürülərək tutlan Türkiyə zabitlərinin adları:
İskender Durmaz (Baş leytenant) - THHQ-nin Malatyadakı Erhaç hərbi hava bazasının zabiti
Mustafa Sevimli (Baş Leytinant) - THHQ-nin Malatyadakı Erhaç hərbi hava bazasının zabiti
İlhan Tolunay (Kapitan) - THHQ-nin Malatyadakı Erhaç hərbi hava bazasının zabiti
Yılmaz İ. Turan (Yüzbaşı) - THHQ-nin Eskişehirdəki 1-ci Ana Jet hava limanı komandanlığının zabiti (yaralı vəziyyətdədir)
Durmuş Kevir (Kapitan) - THHQ-nin Eskişehirdəki 1-ci Ana Jet hava limanı komandanlığının zabiti
Murat Doğan (Yüzbaşı) - THHQ-nin Eskişehirdəki 1-ci Ana Jet hava limanı komandanlığının zabiti
Əsir düşmüş MİT-çilərin adları isə belədir: Kapitan Yasin K.; Leytenant Sinan T.; Leytenant Fuad Y.; Leytenant Mustafa H.; Kiç.leytenant Həsən G.; Kiç.Leytenant Tarık T.; Kiç.Leytenant İbrahim M.; Kiç.Leytenant Yusuf C.; Kiç.Leytenant Murad Y.; Kiç.Leytenant Harun M.
Xatirladaq ki, bir neçə gün öncə Suriyada yayınlanan "Al Vatan" qəzeti, Suriya kəşfiyyat orqanı olan Muhaberatın Türkiyə zabitlərinin Hələb şəhəri yaxınlığında yerləşən “Koerc” hərbi havalimanına hücum edəcəkləri barədə məluat aldığı və bundan sonra Suriya xüsusi təyinatlı silahlı birləşmələri tərəfindən həmin ərazidə əməliyyat planının uğurla həyata keçirildiyini bildirmişdi. Əməliyyat zamanı ASO-nun 40-dan çox terrorçusunun öldürüldüyü, 30-dan çoxunun isə yaxalandığı, yaxalananlar arasında Türkiyə dövlətinəin də zabitlərinin olduğu qeyd edilmişdi.
Türkiyə Baş Qərargahından isə, bu xəbəri yalanlamış və "Sözügedən iddialar tamamən həqiqətdən uzaqdır’’ açıqlaması verilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır