Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir qrup informasiya agentliyinə verdiyi müsahibədə deyib: “Dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək”.
Qərb mətbuatında tez-tez yer alan “İrana qarşı hərbi kampaniyada Azərbaycan ərazisindən istifadə oluna bilər” kimi iddiaları dəyərləndirən XİN başçısı qeyd edib ki, bu kimi fikirlər əsassızdır:"Bir sıra xarici kütləvi informasiya vasitələrində mütəmadi olaraq bu məsələ ilə bağlı əsassız, həqiqətə uyğun olmayan məlumatlar dərc olunur. Bu cür təhrif olunmuş məlumatlar Xarici İşlər Nazirliyi səviyyəsində və müxtəlif səviyyələrdə təkzib edilib. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycan öz ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Azərbaycan müstəqil, öz maraqlarını təmin edən sülhsevər xarici siyasət həyata keçirir və bu siyasət Ermənistan istisna olmaqla bütün qonşu ölkələrlə münasibətlərin qarşılıqlı etimada və hörmətə əsaslanmasını şərtləndirir. Biz regionda hər hansı yeni münaqişə ocaqlarının yaranmasını istəmirik və bütün mövcud anlaşmazlıqların sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıyıq".
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır