31 dekabr 2012 - 20:30

Deputatın üzü görünmür, lakin səsi Mübariz Qurbanlının səsinə bənzəyir. Həmin verilişdə Hadı Rəcəbli və Ziya Səmədzadə də iştirak ediblər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İnternetdə növbəti qalmaqallı video yayımlanıb. Bu videoda parlamentin bir qrup deputatı AZTV dövlət kanalının birbaşa efirində dövlətçilik və gənclər siyasəti məsələlərini müzakirə edirlər.

Deputat Mübariz Qurbanlıdan sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovun çıxış edir. Onun çıxışı zamanı isə efirə çox zəif səslə söyüş gedir. İştirakçılardan biri mikrofonun söndürülmədiyini unudaraq digərinə gənclər haqqında ədəbsiz sözlər söyləyir. İfadələr şox aşağı tonda olsa da, aydın eşidilir. Bu sözlər videoçarxda 1-dəqiqə 10-cu saniyədə eşidilir.

Deputatın üzü görünmür, lakin səsi Mübariz Qurbanlının səsinə bənzəyir. Həmin verilişdə Hadı Rəcəbli və Ziya Səmədzadə də iştirak ediblər.

Videoya baxmaq istəyən aşağıdakı linki tıklaya bilər:

http://www.youtube.com/watch?v=ZfkbqndiTYY

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır