Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. KXCP-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
İclasda Müsavat Partiyasının üzvü Nigar Yaqublu haqqında Abşeron rayon Məhkəməsinin çıxardığı 2 il 6 aylıq qanunsuz həbs cəzası və məhbusların hüquqlarının pozulması, həbsxanalardakı vəziyyətlə bağlı KXCP-nin etiraz bəyanatı qəbul olunub.
31dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı münasibətilə həmin gün saat 12.00-da Fəxri Xiyabanda Elçibəyin məzarını ziyarət olunması və saat 13.00-da İran səfirliyi önündə etiraz piketini keçirməsi qərara alınıb. 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dəyirmi masanın keçirilməsi də qərarlaşdırılıb.
P.S. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri M.Mirəlioğlu nə vaxtsa qeyd edib ki, siyasi etika və etiketin gözlənilməsi daha önəmlidir, bunu isə hər adamdan gözləmək mümkün deyil… Azərbaycanda büdcə problemi yaşayan partiyalar adətən İran səfirliyinin qarşısında piket keçirib maliyyə böhranından çıxır. Həqiqətən də böhran vəziyyətində vicdan da ayaq altda qalır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır