18 dekabr 2012 - 20:30

General Hüseyn Salamı, düşmən İran İslam Respublikasının həyatı maraqlarını təhdid etdiyi təqdirdə, onların həyatı maraqlarını daha sərt bir şəkildə təhdid edəcəklərini vurğulayıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fars Körfəzi təhlükəsizliyi ilə əlaqədar təşkil edilən iclasın son günündə çıxış edən Sepahın İkinci Komandiri, General Salamı, Fars Körfəzi və Hormuz boğazının əhəmiyyətinin yalnız neft üzündən olmadığını bildirib.

General Salamı, bu bölgənin genişləmə qabiliyyəti və İslam dünyasının təhlükəsizlik sistemlərinə nüfuz etmə xüsusiyyətinə malik olmasını da Fars Körfəzi və Hormuz boğazının əhəmiyyətlərindən biri olduğunu qeyd edib.

Riyaz və Vaşinqtonun bölgə təhlükəsizliyini pozduqları təqdirdə, sonrakı strateji arenalarda qabiliyyətlərini məhdudlaşdıracaqlarının fərqində olduğunu bildirən General Salamı, “düşmən İran İslam Respublikasının həyatı maraqlarını təhdid etdiyi təqdirdə, onların həyatı maraqlarını daha sərt bir şəkildə təhdid edəcəklərini vurğulayıb”.

General Salamı, İran İslam Respublikasının bununla əlaqədar bütün imkanlarından istifadə edəcəyini də sözlərinə əlavə etdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır