14 dekabr 2012 - 20:30

Bir Müsəlman şəxsin intellektual əsasları (yəni: “Varlıq aləmində qanun verə biləcək və dünyanı idarə edəcək qüvvə yalnız Allah Təaladır” bu fikir, Müsəlman bir şəxsin tərzi təfəkkürü və intellektual əsaslarıdır) heç zaman avropanın maddəpərəst və ultramodernli insanın tərzi təfəkkürü ilə uyğun gələ bilməz.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran islam Respublikasının Banisi, İmam Xomeyni (rizvanullahi təala əleyh) Amerikasayağı İslama belə tə`rif verib: “Aristokrat sayağı İslam, Əbu Süfyan İslamı, qüdrət və sərvət İslamı, aldatmaq, kompromis və əsarətçilik İslamı, sərmayə və kapitalistlərin məzlumlara, ayaqyalınlara hakim kəsildiyi İslam, bunların hammısı Amerikasayağı İslamdır”.

Bu növ İslamda, dinin batini və həqiqəti unudulmuş, yalnız onun zahiri və üst qabığı qalmışdır. Digər ibarətlə desək əməllərin canı, İlahi buyuruqlar və dini ayinlər aradan getmiş və yalnız qədim insanların gördükləri əməllərə oxşayan zahiri bir şey qalmışdır.

Bütün bunlar, modern dünyada yaşayan insanların, varlığ aləmi haqqında düzgün düşüncəyə sahib olmamasından irəli gəlir.

Bu səbəbdən də deyə bilərik ki, hazırkı İslam dünyasındakı ölkə rəhbərlərinin əsas problmləri, məhz Dini təlimlərdən yalnış nəticələr almalarıdır.

Aydındır ki, bir Müsəlman şəxsin intellektual əsasları (yəni: “Varlıq aləmində qanun verə biləcək və dünyanı idarə edəcək qüvvə yalnız Allah Təaladır” bu fikir, Müsəlman bir şəxsin tərzi təfəkkürü və intellektual əsaslarıdır) heç zaman avropanın maddəpərəst və ultramodernli insanın tərzi təfəkkürü ilə uyğun gələ bilməz.

Bu gün, avropa kapitalistləri, müxtəlif xalqların mədəniyyət və dəyərlərini vahid formaya gətirməkdən ötrü göstərdikləri səylər, bir növ pisxoloji müharibədir. Avropalılar bütün insan sivilizasiyaların ruhnu, qərbin irayə verdiyi ultramodern həyatla uyğun göstərmək niyyətindədir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır