Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya Təhlükəsizlik Qüvvələri Hələbin Tariq əl-Bab, əl-Amiriyyə, əl-Lirmun və Bəni Zeyd bölgələrində nəzarətin tam təmin etdiyini bldirib.
Kəfər Xəmran yolu ilə ər-Ramisəyi təhlükəsiz bölgə elan edən Suriya Təhlükəsizlik Qüvvələri,
Bustan əl-Əvvələ və əl-hala səmtlərini də bir neçə saat ərzində etibarlı bölgə elan edəcəklərini açıqlayıb.
Müxalif silahlı terrorçu qruplar, şəhərə yanacaq tədarükünün idxalına maneə törədikləri görə, son 5 gün ərzində şəhərdə yaşanan çörək problemini də Suriya Təhlükəsizlik Qüvvələri, xalqa pulsuz çörək paylamaqla və çörəkçilərin yenidən işə qayıtmasın təmin etməsi ilə aradan qaldırmışdır.
Digər tərəfdən isə Suriya Təhlükəsizlik Qüvvələri tərəfindən, paytaxt Dəməşqin Siba bölgəsində, silahlı qruplara aid bir tunelin məhv etdildiyi və çoxlu sayda terrorçuların zərərsizləşdirildiyi açıqlanıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır