13 dekabr 2012 - 20:30

Aşuradan sonra dekabr ayının 5-i Lənkəran şəhərinin Kiçikbazar məntəqəsində yerləşən məsciddə orta yaşlı bir şəxs dindarları nalayiq sözlərlə təhqir edib. Dindarlar həmin şəxsə qarşılıq verməyiblər. Az müddət sonra isə həmin şəxsin oğlu məscidə daxil olaraq əlindəki bıçaqla dindarlar İbrahim Azadova xəsarət yetirib. Yaralanan şəxs xəstəxanaya aparılıb. Müalicə olunub. Dindarı bıçaqlayan şəxs isə polis tərəfindən saxlanılmayıb!!!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bildiyiniz kimi Lənkəranda Aşura günü izdihamlı yürüş keçirilib

Lənkəran rayon polisi bu yürüşün keçirilməməsi üçün dindarlara xəbərdarlıq edib və yürüş keçirilərsə aşuradan sonra başlarına “oyun” açacaqları deyilib.

Dindarlar polisin qanunsuz xəbərdarlığına məhəl qoymayaraq Aşura yürüşünü izdihamlı şəkildə keçiriblər. Aşuradan sonra dekabr ayının 5-i Lənkəran şəhərinin Kiçikbazar məntəqəsində yerləşən məsciddə orta yaşlı bir şəxs dindarları nalayiq sözlərlə təhqir edib. Dindarlar onun bu hərəkətinin məsciddə qarşıdurma yaratmaq üçün olduğunu bildiklərindən həmin şəxsə qarşılıq verməyiblər.

Az müddət sonra isə həmin şəxsin oğlu məscidə daxil olaraq əlindəki bıçaqla dindarlar İbrahim Azadova xəsarət yetirib. Yaralanan şəxs xəstəxanaya aparılıb. Müalicə olunub. Dindarı bıçaqlayan şəxs isə polis tərəfindən saxlanılmayıb.

Rayon ağsaqqalı Ağamusa bəy Rayon İcra hakimiyyətinə gedərək İcra başçısı Taleh Qaraşovla görüşüb. Lənkəran Şəhər İcra Hakimiyyətinin dini qurumlarla iş üzrə şöbəsinin sektor müdiri Ceyhun İmanov “Mediaforum”-a bunu təkzib edib.

Dünən İslamazeri.az-a məlumat verən Kiçikbazar sakini deyir ki, dünən Lənkəran polisi zərərçəkmiş İbrahim Azadov polis bölməsinə aparıb və hələ də bölmədə saxlayır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır