Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyə xalqı İstanbul, Malatya, Diyarbakır şəhərlərində bu ölkə məktəblərində Hicabın qadağan edilməsini qınadılar.
Nümayişçilər küçələrdə yürüyərək, Türkiyənin universitetlərində və məktəblərində Hicabın istifadə edilməsinə icazə verilməsini tələb etmişlər.
Aksiya iştirakçıları etiraz zamanı “mənim başörtümə toxunmayın”, “hicab qadağası qalxana qədər müqavimət göstərəcəyik”, “örtülü qadınlara qarşı zülm davam edir” kimi şüarları əllərində tutmuşlar.
Mitinq zamanı, Hicabı olmayan qadınlar öz yurddaşlarıyla həmrəy olduqlarını göstərmək üçün Hicablı qadınların yanında addımlamışlar.
Bildirək ki, Türkiyə Miili Təhsil Nazirliyinin yayımladığı yeni bir qanun hökmüylə qız məktəblərində hicabın qadağan edildiyi açıqlanır.
Buna görə də, Türkiyə hökuməti Hicablı qız öyrəncilərinə Tədris Müəssisələrində təhsil almağa izin vermir.
Bu yeni qanun əsasında Hicablı qız şagirdlər yalnız dini məktəblərdən faydalana bilərlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır