10 dekabr 2012 - 20:30

Dekabrın 10-da keçirilən hazırlıq iclasında danışan Mehdi Şamilli həbsinin siyasi xarakter daşıdığını və günahsız olduğunu, həyatında heç siqarət belə çəkmədiyini bildirib, ona qarşı qaldırılmış ittihamlara etiraz əlaməti olaraq ifadə verməkdən imina edib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sabunçu Rayon Məhkəməsində Dini fəal Hacı Mehdi Şamillinin Qondarma məhkəməsi keçirilib. Qondarma prosesə Ədalətsiz hakim Anar Qasımov sədrlik edib.

Vəkil Cavad Cavadovun verdiyi məlumata görə, dekabrın 10-da keçirilən hazırlıq iclasında danışan Mehdi Şamilli həbsinin siyasi xarakter daşıdığını və günahsız olduğunu, həyatında heç siqarət belə çəkmədiyini bildirib, ona qarşı qaldırılmış ittihamlara etiraz əlaməti olaraq ifadə verməkdən imina edib.

Hacı Mehdi Şamillinin müdafiəsinə vəkil Anar Qasımlı da qoşulub.

Proses dekabrın 12-də davam edəcək.

Xatırladaq ki, mövcud əliyevlər rejimi 2012 avqustun 6-da Hacı Mehdi Şamillinin Bakının Zabrat qəsəbəsindəki evinə soxularaq, zorakılıq göstərmiş və Mehdi Şamillini tutaraq, barəsində həbs qətimkan tədbiri seçiblər. İlham Əliyev rejimi ənənəvi olaraq Hacı Mehdini Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ŞƏRLƏYİB.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır