9 dekabr 2012 - 20:30

İran İslam Respublikası, Azərbaycan Respublikası ilə olan viza rejimin bir tərəfli ləğv edərək Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikasına gəlişini asanlaşdırıb. Amma Azərbaycan Respublikası İİR vətəndaşları üçün viza rejimin hələdə qüvvədə saxlayır. Bununla kifayətlənməyən Azərbaycan Respublikası, AR-a sadələşdirilmiş qaydalarla gedib-gələ bilən İİR (Təbriz, Urmiyə, Ərdəbil, Gilan) azərilərinin gəlişinə də qadağa tətbiq edir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Milli Məclis dekabrın 11-də növbəti plenar iclasını keçirəcək. İclasın əsas mahiyyəti Azərbaycan Respublikasının İran İslam Respublikasına qarşı beynəlxalq sanksiyaların tətbiq edilməsində yaxından iştirak etməsidir.

Belə ki, keçiriləcək iclasının gündəliyinə 25 məsələ daxildir. Parlamentdən verilən məlumatda gündəliyə təklif olunan məsələlərin siyahısı açıqlanıb.

Siyahıda diqqət çəkən əsas məsələ Azərbaycanın İİR ilə sərhədyanı rayonlarında yaşayan vətəndaşlar üçün sadələşdirilmiş sərhəd qaydalarının ləğvinin gündəliyə çıxarılmasıdır.

Azərbaycan parlamenti 11 dekabr 2012tarixdə "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə sənədi müzakirə edəcək.

Bu isə o deməkdir ki, Azərbaycan və İran İslam Respublikası arasındakı sərhəd xəttindən Azərbaycan tərəfə doğru 45 km məsafədə yaşayan sakinlərin indiyədək istifadə etdiyi güzəşt ləğv edilir.

Xatırladaq ki, indiyədək İran İslam Respublikası, Azərbaycan Respublikası ilə olan viza rejimin bir tərəfli ləğv edərək Azərbaycan Respublikası vətəndaşlarının İran İslam Respublikasına gəlişini asanlaşdırıb. Rəsmi Tehranın bu addımı Azərbaycan vətəndaşlarının İİR gediş və gəlişi dahada sadələşib. Artıq təkcə sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası vətəndaşları deyil bütün AR vətəndaşları İİR-a gedə bilirlər. Amma Azərbaycan Respublikası İİR vətəndaşları üçün viza rejimin hələdə qüvvədə saxlayır. Bununla kifayətlənməyən Azərbaycan Respublikası AR-a sadələşdirilmiş qaydalarla gedib-gələ bilən İİR (Təbriz, Urmiyə, Ərdəbil, Gilan) azərilərinin gəlişinə də qadağa tətbiq edir

Milli Məclisin dekabrın11-də gündəliyə çıxaracağı 25 məsələnin 11 və 12-ci bölümləri aşağıdakılardır.

11. "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 879-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

12. "Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında daimi yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" Memorandumun təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 1 mart tarixli 67-IIIQ nömrəli Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır