2 dekabr 2012 - 20:30

Ramiz Mehdiyev: “Sadəcə olaraq, 10-20 nəfər bura yığılıb belə bir təşkilat yaradıblar. Ancaq əgər siz bu təşkilatçıların keçmişini, bu gününü tədqiq etsəniz...”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən jurnalistlərə açıqlama verən prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev bildiri. "Ziyalılar Forumu heç də Azərbaycan ziyalılarını təmsil etmir".

O deyib ki, forumun yaradıcıları şəxsi məqsədlərini güdürlər: “Sadəcə olaraq, 10-20 nəfər bura yığılıb belə bir təşkilat yaradıblar. Ancaq əgər siz bu təşkilatçıların keçmişini, bu gününü tədqiq etsəniz, görərsiniz ki, həmin təşkilatçıların məqsədləri nədən ibarətdir. Kimsə deputat seçilməyib, kiminsə biznesi baş tutmayıb, kiminsə başqa marağı olub təmin edə bilməyib, kimsə işdən qovulub. Bax, bu tipli insanlar orda yığışıblar. Deyə bilərəm ki, əylənirlər və onların Azərbaycanın gələcəyi üçün heç bir xeyri yoxdur. Azərbaycanda ziyalıların sayı yüzmünlərlədir və 10-15 nəfər həmin ziyalıların maraqlarını heç də təmin edə bilməzlər”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır