Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının üçüncü region HDQ-nin admiralı Siyavuş Cərrə deyib: Dünya dəniz ticarətinin 70 %-i Hormoz, Malaqa, Babul-məndəb boğazları vasitəsilə həyata keçirilir ki, bunlar da İran İslam Respublikası HDQ-nin nəzarətindədir. Demək olar ki, dünya iqtisadiyyatının nəbzi İran Silahlı Qüvvələrinin nəzarətindədir.
o deyib: İran İslam Respublikasının bu günkü iqtidarı 8 illik müdafiədə qazandığı təcrübəyə əsaslanır. 8 illik müdafiədə İran İslam Respublikası öz sularında 10.000 gəmini qorudu. Bu gəmilərdən 252-sinə hücum edildi. Onlardan yalnız 20-si işdən düşdü ya batdı.
Bizim HDQ-imiz Ədən körfəzi, Süveyş kanalı və Aralıq dənizində göstərdiyi şücaətli əməliyyatlar oradakı düşmənlərin qorxusuna səbəb olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır