21 noyabr 2012 - 20:30

Nuri əl-Maliki Ərdoğandan ölkəsinin daxili işlərinə qarışmamasını istəyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraqın “ən-Nəxil” saytı bildirib ki, ötən gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan açıqlaması zamanı İraqda Nuri əl-Maliki hökumətini milli və məzhəb ayrıçseçkiliyi yaratmaqda ittiham etmişdi. Rəsmi Bağadadın bu ittihamlara cavabı isə gecikməyib. Baş nazir Nuri əl-Maliki Ərdoğanın bu kimi müdaxilə xarakterli çıxışlarını tənqid edərək deyib: “Türkiyənin daxili vəziyyəti günü-gündən pisləşir. Bu ölkədə milli azlıqların hüquqları pozulur. Ərdoğan, vətəndaş müharibəsi həddinə çatmış Türkiyənin daxili problemlərini ört-basdır etmək məqsədilə İraqı ittiham edir. İraqda heç bir məzhəb qarşıdurması olmayacaq. İraqın nefti isə bütün iraqlıların sərvətidir. Türkiyə İraqda vətəndaş qarşıdurmasına maraqlı olmaq əvəzinə bu qonşu ölkə ilə düzgün siyasət həyata keçirməlidir”.

Xatırladaq ki, Ərdoğan hakimiyyəti Qərb və regionun bir neçə diktatorunun sifarişi ilə Suriyanın daxili işlərinə qarışdığı kimi, İraqın da daxili işlərinə qarışmaqdadır. Bu isə həm İraq dövlətini, həm də yerli əhalinin bu ölkəyə qarşı bədbin yanaşmasına səbəb olub.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır