18 noyabr 2012 - 20:30

Ruhiyyəsi çox yaxşıdır” deyən vəkil Anar Qasımlı ruhaninin işi ilə bağlı hər hansı bir yeniliyin olmadığını deyib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Hacı Abgül Suleymanovun vəkili Anar Qasımlı ilə Kürdəxanı təcridxanasında görüşüb.

“Hacı Abgüllə işin gedişatı haqqında, məhkəməyə hazırlıq barədə söhbət etdik, müzakirələr apardıq.

Səhhətində heç bir problem yoxdur. Ruhiyyəsi çox yaxşıdır” deyən vəkil Anar Qasımlı ruhaninin işi ilə bağlı hər hansı bir yeniliyin olmadığını deyib.

Vəkil həmçinin məhkəmənin vaxtının təyin edilməsini gözlədiklərini bildirib.

Xatırladaq ki, anti-İslam İlaham Əliyev rejimi ənənəvi olaraq Abgül Suleymanova qarşı zor tətbiq edərək ona qara yaxmış və cinayət məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə (şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır), 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə maddələri ilə ŞƏRLƏYƏRƏK 11 il müddətinə azadlıqdan məhrum edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır