Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Məlum olduğu kimi, mən 2011-ci ilin mart ayından Azərbaycan İslam Partiyasının təşkilat məsələləri üzrə sədr müavini vəzifəsində çalışmışam. Qısa zaman kəsiyində üzərimə düşən vəzifəyə uyğun olaraq az iş görməmişəm. Məlum hadisə- həbsimlə əlaqədar işimi davam etdirə bilməmişəm.
Bir ildən artıqdır ki, məhbus həyatı yaşayıram. Həbsdə olduğum vaxt, yəni noyabrın 3-də qurumun Baş Məclisində qəbul olunan qərara əsasən AİP-in təşkilat şöbəsinə, yəni kadrın təqdimatı keçirilmişdir. Bununla bağlı ictimaiyyətdə bir sıra söz-söhbətlərin yaranması və yayılması dostlarda narahatçılıq doğurduğundan bəzi açıqlamalar vermək zərurəti yaranmışdır. Belə ki, yerimə yeni kadrın təyinatı zamanı, guya mənim mövqeyim partiyada nəzərə alınmayıb. Əslində bu həllindən bəlkə də 10-15 gün öncə mənə konkret fikir bildirmək üçün partiyanın sədr əvəzi E. Manafov məsələnin müraciət etmişdi. Mən də qurumun təşkilat şöbəsinin işinin çoxluğunu və mənim məlum səbəbə görə bundan kənarda qalmağım, əsasən də səhhətimdə yaranmış bəzi problemlərin siyasi fəaliyyətimi davam etdirməyə imkan vermədiyini, azadlığa çıxdıqdan sonra müəyyən müddət ciddi müalicəyə zərurət yarandığını nəzərə alıb, partiyanın təşkilat şöbəsindən könüllü istefa vermək barədə fikrimi açıqlamışdım.
Partiyanın daxili məsələsi olduğundan bu açıqlamanı vaxtilə geniş ictimaiyyətə çatdırılmaması göründüyü kimi bəzi neqativ fikirlərin meydana çıxmasına səbəb olmuşdur. Ona görə də narahatçılıq keçirən qardaşlara əvvəla təşəkkür edirəm, AİP rəhbərliyinə, bütün icra aparatına uğurlar diləyir, Əhli-Beyt(ə)-in matəm ayında onlara səbr və təmkin diləyirəm.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır