16 noyabr 2012 - 20:30

Ərdişər Rüstəmi: “Kəmərin uzunluğu 225 km-dir. Layihənin həyata keçirilməsinə 3 milyard dollardan çox vəsait ayrılıb”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Gilan-e-Qərb şəhərində Suriya və İraqa qaz ixrac edəcək kəmərinin çəkilişinə başlanılıb.

Bu barədə şəhərin qubernatoru Ərdişər Rüstəmi məlumat verib.

Onun sözlərinə görə, sözügedən layihə İran İslam Respublikasının siyasəti və iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır.

O deyib: “Kəmərin uzunluğu 225 km-dir. Layihənin həyata keçirilməsinə 3 milyard dollardan çox vəsait ayrılıb”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır