Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Rusiyanı “İslam dininin bir düşməni” adlandırmış keçmiş əl-Əzhər unverisitetinin “şeyxi” indiki qətərli “ilahiyyatçı” Yusif əl-Qərzaviyə sərt cavab verdi.
Kadırov bildirib: “Onun sözləri ilk növbədə Rusiyada doğulan, yaşayan və bu ölkəni öz ana vətəni bilən Rusiya müsəlmanlarına qarşı yönəlib. Mən ümidvaram ki, Qərzavi öz sözləri haqqında fikirləşərək, onların yanlış olduqlarını anlayar. Xüsusən də ona İslam dünyası ilə Rusiyanı qarşı-qarşıya qoymaq istəyən hansı qüvvələrin olması barədə yaxşı-yaxşı fikirləşməyə tövsiyyə edirəm.”
Kadırov qeyd edib ki, “Qərzavinin sözləri Rusiya müsəlmanları tərəfindən təəccüblə qarşılanıb.”
“Olkəmizdə 30 milyondan çox müsəlman yaşayır. Onlar üçün hər il yüzlər ilə məscid tikilir. Minlərnən inanclı həccə gedir, konstitusiya isə dini azadlığı təmin edir.”
Kadırov Qərzaviyə həmçinin onu xatırladıb ki, Rusiya “bəzilərdən” fərqli olaraq Suriyada hər gün qadınların, qocaların və uşaqların qanını tökən muzdlu terrorçuları silahla təmin etmir.
Sonda Çeçenistanın başçısı əlavə edib: “Fikrimcə daha yaxşı olardı ki, o bir alim kimi dini dəvətlə məşğul olsun və bu işi peşəkarlara buxaraq siyasətə soxulmasın.”
Xatırladaq ki, “Müsəlman qardaşları” təşkilatının ideoloji liderlərində sayılan 85 yaşlı əl-Qərdavi həmişə öz radikal bəyanatları ilə seçilirdi. 2011-ci ildə o Liviya rəhbəri Müəmmər Qəddafiyə ölüm fətvasını çıxarmış və Suriya məsələsində günahsız Suriya Xalqına qarşı ölümcül fətvalar vermişdir. Onun xanımı Qərzavinin MOSSADla olan bağlılığını faş etmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır