6 noyabr 2012 - 20:30

Aksiyada iştiraka görə 31 şəxsin vətəndaşlığı ləğv olunub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qərbin xüsusi dəstəyinə arxalanan Bəhreynin diktatura rejimi yeni sensasiyalı addım atıb. Belə ki, ölkədə aksiyalar zamanı həbs edilən 31 etirazçının vətəndaşlığı əlindən alınıb.

Xatırladaq ki, Bəhreyn xalqı ötən ilin fevral ayından Ali Xəlifə rejiminə qarşı davamlı olaraq etirazlar edir, aksiyalar keçirirlər. Rejim isə xalqa qarşı ən amansız rəftarlarla davranaraq onlarla insanı qətlə yetirib. Beynəlxalq cəmiyyət və qurumlar isə bütün baş verənlərə göz yummaqda davam edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır