4 noyabr 2012 - 20:30

Bəhreyn İnqilabçılarının 14 Fevral koalisiyası: “Cəddu Həfs şəhərində Ali Xəlifə rejimin muzdurları tərəfindən günahsız vətəndaşların mənzillərinə atdıqları zəhərli qazları udaraq tənəffüsü nəticəsində şəhər sakini Asiyə əl-Madih şəhadətə çatmışdır”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəhreyndə, ölkəyə hakim kəsilmiş qanunsuz rejim bir daha zəhərli qazlardan istifadə edərək, daha bir günahsız vətəndaşın həyatına son qoymuşdur.

Bəhreyn İnqilabçılarının 14 Fevral koalisiyası baş vermiş cinayətlə bağlı bəyanat verərək bildirmişdir: “Cəddu Həfs şəhərində Ali Xəlifə rejimin muzdurları tərəfindən günahsız vətəndaşların mənzillərinə atdıqları zəhərli qazları udaraq tənəffüsü nəticəsində şəhər sakini Asiyə əl-Madih şəhadətə çatmışdır”

Bu qızın şəhid olamsı ilə Bəhreyndə 2011-ci il 14 Fevralda muzdur Ali Xəlifə rejiminə qarşı başlanmış Kəramət İnqilabının qurbanları artıq 96 nəfərə çatmışdır.

Bildirək ki, Bəhreyn Kəramət İnqilabının başladığı ilk günlərindən bəri bu günə kimi onlarla günahsız insan Ali Xəlifə rejimin muzdurları tərəfindən xalq üsyançılarına qarşı atəş açdıqları zəhərli və gözyaşardıcı qazları tənəffüs etdikləri nəticəsində şəhadətə yetmişlər. Bəhreyn İnqilabının sonuncu şəhidi isə Şəhid Mehdi Əli Mərhun olub. O, zəhərli qazları udaraq tənəfs etdiyi üçün Səlmaniyyə xəstəxanasında müalicə almaq məqsədi ilə yerləşdirilir. Lakin  ik ay müddətində aldığı müalicələr ona heç bir fayda verməyərək sonda şəhadət məqamına ucalmaq ona nəsib olur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır