Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriyanın paytaxtı Dəməşqdə Həzrəti Zeynəbin (s.ə) hərəmində terror aktı törədilib.
Törədilən partlayış nəticəsində ən azı 7 nəfərin şəhid olduğu bildirilir. Şəhidlərin hərəmin zəvvarları olduğu bildirilir.
əl-Miyad xəbər agentlikinin verdiyi məlumata görə, hərəmin yaxınlığında atılan bombanın partlaması nəticəsində böyük partlayış baş verib.
Bomba Xanım Zeynəbin (səlamullahi əleyha) hərəminin Şərq qismətindəki Ali Yasir hotelinin kənarında, Dəməşqdə partladıldığı bildirilir.
Partlayış Xanım Zeynəbin (səlamullahi əleyha) hərəminin yaxınlığında baş versə də lakin hərəmə zərərin dəymədiyi bildirilir.
Suriya Təhlükəsizlik Qüvvələri daha bir bombanı kəşf edərək zərərsizləşdirə bilmişlər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır