25 oktyabr 2012 - 20:30

Mexikodakı kilsədə Azərbaycan hökuməti tərəfindən ianə edilmiş üç kilsə zəngi istifadəyə verildi

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən mərasimdə çıxış edən Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib ki, Azərbaycan hökuməti tərəfindən kilsəyə ianə edilmiş üç zəngdən biri daim Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edəcək.

Səfir Azərbaycan və Meksika xalqları arasında inkişaf edən dostluq əlaqələrindən danışaraq, "bir gün səsimizin tanrı dərgahına çatacağına və ölkəmizdə də sülhün bərpa olunacağına əmin olduğunu" söyləyib.

Daha sonra, tədbirdə çıxış edən Meksika Katolik Kilsəsini Kardinalı Norberto Ribera Karrera Azərbaycan haqda bəhs edərək, ölkəmizdə qeyri-adi bir dini tolerantlığın mövcud olduğunu, müsəlmanlarla yanaşı, Azərbaycanda xristianlar və yəhudilərin də bərabər hüquqlu və azad yaşadıqlarını vurğulayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır