25 oktyabr 2012 - 20:30

Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə getməyə müvəffəq olarsa, savabı Ərəfatda olanlardan az deyildir. Bu ziyarətin savabı min həcc və min ümrə və min cihad savabına belə bərabərdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən səhih rəvayətlərə görə, Ərəfə günü İmam Hüseyni (əleyhis səlam) Kərbalada ziyarət etməkin böyük savabı vardır. Bu ziyarətin savabı min həcc və min ümrə və min cihad savabına belə bərabərdir. Əgər kimsə həmin günü İmamın (ə) ziyarətinə getməyə müvəffəq olarsa, savabı Ərəfatda olanlardan az deyildir.

İmam Cəfər Sadiq (ə) buyurub ki, Ərəfə günündə Allah Təala əvvəlcə İmam Hüseynin (ə) zəvvarlarına mərhəmət göstərib onların ehtiyaclarını ödəyər, günahlarını bağışlayar, daha sonra Ərəfə çölündə həcc əməllərini yerinə yetirən hacılara mərhəmət göstərər.

Ərəfə günündə Həzrət İmam Hüseynə (ə) məxsus olan «Ərəfə duası»nı oxumağın da böyük əcri var. Ğalib Əsədinin oğulları Bişr və Bəşir rəvayət edirlər ki, İmam Hüseyn (ə) bu duanı ərəfə günündə Ərəfat çölündəki təpənin sol tərəfində duraraq, üzünü Kəbə istiqamətinə çevirmiş və əllərini sifəti bərabərində (qünut vəziyyətində) tutmuş halda, son dərəcə təvazökar bir vəziyyətdə söyləmişdir.

Aşağıdakı şəkillər İraq, İran İslam Respublikası və bir çox digər ölkələrdən Kərbəlaya gəlmiş İmam Hüseyn (əleyhis səlam) zəvvarlarının Ərəfə duasını oxuyan zaman çəkilmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır