Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Bəşşar Əsəd BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əxzər İbrahiminin atəşkəs təklifini müsbət qiymətləndirib.
Suriya dövlət başçısı Bəşşar Əsəd ölkədə birtərəfli atəşkəs elan olunduğunu açıqlayıb. Bu barədə ictimaiyyətə Misirin paytaxtı Qahirə şəhərində olan BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi məlumat verib. Əxzər İbrahiminin sözlərinə görə, Bəşşar Əsəd onun atəşkəs təklifini müsbət qiymətləndirib.
Qeyd edək ki, BMT nümayəndəsi Əxzər İbrahiminin Qurban bayramı öncəsi müxaliflərin və Suriya hökumətinin atəşkəs elan etməsi üçün etdiyi cəhdlər nəticə verib. Ərəb Birliyinin Suriya üzrə xüsusi nümayəndəsi də yerli hökumətinin Qurban bayramında atəşkəsi qəbul etdiyini açıqlayıb.
Mövzu ilə bağlı Suriya Xarici İşlər Nazirliyi isə açıqlayıb ki, bayramda atəşkəs elan olunması planlaşdırılır, lakin bu barədə qərar sabah veriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır