Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya prezidenti hava zonasında uçan hər hansı bir xarici təyyarənin vurulub salınmasına fərman verib.
Suriyanın ümumi informasiya mərkəzi cümə günü (19 oktyabr) bir müsahibədə bu məqama toxunaraq qeyd edib: Ölkə prezidenti Bəşşar Əsəd ölkədə bütün havadan müdafiə qüvvələrinə əmr verib ki, Suriya özünün hava məkanında uçan hər bir xarici hərbi təyyarənin üstünə atəş açmağa və yerə salmağa haqlıdır.
Prezident Bəşşar Əsədin tərəfindən yayılan bəyanatda həmçinin qeyd olunub: Ölkənin hər bir yerində yüzlərlə radar sistemi və havadan müdafiə sistemi yerləşdirilib və bu müdafiə sistemləri ölkənin hava zonasında uçan hər hansı bir xarici hərbi təyyarəni vurub yerə salmalıdır.
Suriyanın havadan müdafiə sistemi bundan qabaq ölkənin qərb məntəqələrinə təcavüz edən Türkiyəyə aid iki hərbi təyyarəni hədəfə almışdı ki, bu təyyarələrin biri Suriyanın su sahillərində salınmışdı və o birisi özünü Türkiyə ərazisinə çatdırmağa nail olmuşdur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır