17 oktyabr 2012 - 20:30

Əhmədi Nejad, Suriya hadisələrinə də toxunaraq bu ölkədə sabitliyin ancaq milli razılıq ilə həll yolu olduğunu bildirmiş və Suriya xalqına azad seçki keçirtməklərində köməkçi olmağı zəruri saymışdır

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası Prezident Mahmud Əhmədi Nejad Bakıda keçirilən EKO zirvəsində bildirib: “Demokratiya bölgədə NATO silahları və döyüşlə inşa edilə bilməz”.

Bakıda EKO liderlər zirvəsinin pərdə arxası görüşündə Pakistan prezident Asıf Əli Zərdari ilə görüşən prezident Məhmud Əhmədi Nejad, demokratiya əsla NATO silahları və döyüşlə inşa edilə bilməyəcəyini ifadə etmişdir.

Səmimi keçən görüş zamanı, bu gün bölgədə həssas şəraitin hakim olduğunu bildirən Əhmədi Nejad, Suriya hadisələrinə də toxunaraq bu ölkədə sabitliyin ancaq milli razılıq ilə həll yolu olduğunu bildirərək, Suriya xalqına azad seçki keçirtməklərində köməkçi olmağı zəruri hesab etmişdir.

Görüşdə Pakistan prezident Zərdari də bölgədə ürəkaçan hadisələrin yaşanmadığını və əgər mövcud problemlərin həlli üçün uyğun addımlar atılmazsa, tarix bizi bağışlamayacağını qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır