14 oktyabr 2012 - 20:30

Ramin Quliyev daha öncə də dəfələrlə polis tərəfindən saxlanılıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün səhər saatlarında Yevlax Cümə məscidinin imamı Hacı Ramin Quliyev polis tərəfindən saxlanılıb.

Yevlax rayonundan verilən məlumata görə, Hacı Ramin polis bölməsində saxlanılır.

Dindarlar polislərdən Hacı Raminin saxlanılmasının səbəbini soruşsalar da, onlara heç bir cavab verilməyib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır