13 oktyabr 2012 - 20:30

Prezidenti Mahmud Əhmədi Nejad bu həftə içində Küveyt və Azərbaycan Respublikasını ziyarət edəcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədi Nejad bu həftə içində iki beynəlxalq zirvəyə qatılmaq üçün Küveyt və Azərbaycan Respublikasına səfər edəcək.

Mahmud Əhmədi Nejad bazar ertəsi günü 12. EKO liderlər zirvəsinə qatılmaq üçün Bakıya gedəcəkdir.

Bildirək ki, önceki EKO liderlər zirvəsi İstanbulda təşkil edilmişdir.

Mahmud Əhmədi Nejad Çərşənbə axşamı günü isə Küveytə kedərək Asiya Əməkdaşlıq Forumu ACD-ə iştirak edəcəkdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır