Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qahirədə baş tutmuş iclasa dəvət edilən Şeyx Salman, Bəhreyn Xalq İnqilabının bütün məqsədlərinə çatana qədər davam edəcəyini ifadə edib.
Şeyx Salman, Bəhreyn Xalq İnqilabının məqsədlərini açıqlayaraq bildirib: “Biz konstitusiya hakimiyyətinin genişləməsini, demokratiyanın təmin olunmasını, tam səlahiyyətli qanunvericilik məclisinin qurulmasını, müstəqil və ədalətli məhkəmə sisteminin təmin edilməsini, vətəndaşlara xidmət edəcək təhlükəsizlik sisteminin yaranmasını tələb edirik”.
İran İslam Respublikasının Bəhrein Xalq İnqilabı ilə heç bir əlaqəsinin olmadığını bildirən Şeyx Salman, İran İslam Respublikası yalnız Bəhrein Xalq İnqilabını media vasitəsilə dəstəklədiyini ifadə edib.
Şeyx Salman daha sonra hal hazırda Bəhreyndə «Milli əl-Vifaq Cəmiyyəti»nə üzv 1600 adamın məhbus olduğunu bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır