11 oktyabr 2012 - 20:30

Troisdorf şəhərindəki məscidə 9 oktyabr gecəsi hücum edilib

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Almaniya Milli Görüş Təşkilatı "IGMG"nin internet saytında verilən bir xəbərə görə, Troisdorf şəhərindəki Məscidə 9 oktyabr gecəsi hücum edilib.

“Açıq qapı” günü məqsədilə təşkil edilən tədbirdə istifadə edilmək üçün Məscid həyətində qurulan çadır təcavüzkarlar tərəfindən yandırılıb.

Hadisə yerinin yaxınlığında olan dəmiryolu işçilərinin yanğını fərqinə vararaq polisə xəbər verməsindən sonra böyük bir faciənin qarşısı alınıb.

Bonn polisi ilk araşdırmalarından sonra Məscidə hücum edildiyi ehtimalını nəzərə alaraq istintaqı davam etdirdiyini bildirdi.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır