Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Nyu-York və San Fransiskodan sonra İslam əleyhdarı afişalar ABŞ paytaxtı Vaşinqtonda da asılmağa başlandı.
Mübahisə İslamofob afişaların yığışdırılmasına cəhd edən Vaşinqton bələdiyyəsi təhlükəsizlik səbəblərini əsas gətirərək, afişaların asılmasının bir müddət qarşısını ala bilib. Ancaq ötən cümə günü afişalarının ABŞ Konstitusiyasının ifadə azadlığı çərçivəsində qorunduğunu ifadə edərək, bunların asılmalı olduğu haqqında qərar çıxarıb.
Amerikan İslami Əlaqələr Şurası (CAIR) sədri Nihad Avad vəziyyətlə bağlı bildirib: "Amerikalı müsəlmanlar olaraq bizlər ifadə azadlığının ən güclü müdafiəçiləriyik. Bununla belə nifrət ifadələrini qınayırıq. Bunlar son bir neçə aydır gördüyümüz kimi amerikalı müsəlmanlara qarşı dözümsüzlük və zorakılıq doğuracaq".
Amerika Azadlığı Müdafiə Cəhdi (ƏFV İDİ) adlı yəhudi bir qrupun hazırladığı irqçi afişalarda "Barbarlar və mədənilər arasındakı bütün mübarizələrdə mədəniləri dəstəklə". "Cihadın məğlubiyyəti üçün İsraili dəstəklə" ifadələri yer alır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır