Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən dünən Ankarada Türkiyənin Suriyaya müdaxiləsinə qarşı mitinq keçirilib. Aksiyada bir çox partiya və təşkilatlar iştirak edib. Onların arasında ABF, TKP, ODP, Halkevleri, ESP, BDSP, DHF, SDP, Kaldıraç, Partizan, BDP, CHP, HKP, EMEP və Pir Sultan Abdal Mədəniyyət Dərnəyi fəal iştirak ediblər.
Aksiya rəhbərlərindən biri AKP rəhbərliyinin Suriyaya təcavüznə münasibət bildirərək, "Suriya ilə döyüşmək istəyirlər, döyüş baş verərsə hansı millət vəkilinin oğlu gedəcək. Belə bir döyüşdə iştirak etmək istəmirik. Yurdda sülh, cahanda sülh istəyirik" söyləyib.
Mitinqdə 155 min etirazçının olduğu bildirilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır








