Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Qırğızıstan müxalifətinin "Kumtor" qızıl mədəninin milliləşdirilməsi tələbi ilə təşkil etdiyi mitinqdə "Ata-Jurt" fraksiyasının deputatı Kamçıbek Taşiev xalqı hakimiyyəti və parlementin binasını ələ keçirməyə çağırıb.
Dəqiqləşməmiş məlumatlara görə, mitinqdə mindən çox adam iştirak edib və onların bir hissəsi zorla parlamentin binasına daxil olmağa cəhd edib.
Qarşıdurmalarda 10-dan çox adam zərər çəkib, 3 nəfər isə güllə yarası alıb. 6 milis əməkdaşı isə ağır dərəcədə zədələrlə şəhər xəstəxanalarına yerləşdiriliblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır




