Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasənTanzaniyanın Darus Səlam şəhərində Şiələrin «əl-Qədir» adlı yeni Məscidi tikilərək ümum Müsəlmanların istifadəsinə verilib.
Məscidin açılışı zamanı Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının Ali Şura Üzvü Höccətül İslam İraqi, Darus Səlam şəhərinin alimləri, Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibinin müşaviri cənab Heydər Abbas, İran İslam Respublikasının Tanzaniyadakı rəsmi Səfiri cənab Müvəhhidi, yerli Şiə yönlü məsullar və bir qrup Şiə və Sünni mömün bacı qardaşlar iştirak etmişlər.
Məscidin tikintisi Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının baş katibi cənab Əxtərinin bir neçə il öncə bundan qabaq Tanzaniyaya etdiyi səfəri zamanı yerli mömünlərin belə bir Məscidin tikilməsinin xahişin etdikdən sonra həyata keçmişdir.
Məscid İran İslam Respublikasının xeyriyyəçi insanları tərəfindən xüsusi ilə də Ümumdünya Əhli-Beyt (əleyhimus səlam) Assambleyasının köməkliyi ilə tikilmişdir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır