27 sentyabr 2012 - 20:30

2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasında nümayəndə heyətinin tərkibində Ermənistan təmsilçiləri də olacaq

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən rəsmi Bakı Azərbaycanın namus və torpaqlarını taptaq altında saxlayan işğalçı erməniləri Bakıya dəvət edib.

Aldığımız məlumata görə, 2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasında nümayəndə heyətinin tərkibində Ermənistan təmsilçiləri də olacaq.

Bu gün “Körpülərin salınması” Beynəlxalq Konfransda çıxış edən Almaniya Şahmat Federasiyasının direktoru Horst Netzinq bildirib ki, Bakıya gələcək tərkibə Ermənistan Şahmat Federasiyasının prezidenti də qatılacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır