25 sentyabr 2012 - 20:30

RQ-170 pilotsuz təyyarə son dərəcə müasir və mürəkkəb casusluq sisteminə malikdir ki, yalnız bu təyyarəni ixtira edən amerikalılar və biz ondan xəbərdarıq”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Sepah-ın Aviasiya Qüvvələri komandanı İran İslam Respublikasının Xəbər Telekanalı ilə müsahibədə deyib: :ABŞ-ın regiondakı bazalarını Amerika ərazisi hesab edirik”.

Sərdar Əmir Əli Hacızadə Müqəddəs Müdafiə həftəsinə həsr olunmuş veriliş ilə müsahibədə həmçinin deyib: “Qonşu ölkələrlə müharibə şəraitində deyilik və bu ölkələrlə bağlı pis hissə də malik deyilik. Əlbəttə, amerikalılar öz iqtisadi problemlərini həll etmək üçün İranofobiya siyasətini izləyirlər ki, öz silahlarını sata bilsinlər”.

Sərdar Əmir Əli Hacızadə Sepah-ın Aviasiya Qüvvələrinin ixtiyarında olan RQ-170 pilotsuz təyyarə haqda da deyib: “Bu təyyarə son dərəcə müasir və mürəkkəb casusluq sisteminə malikdir ki, yalnız bu təyyarəni ixtira edən amerikalılar və biz ondan xəbərdarıq”.

Hacızadə daha sonra bildirib: “U-2  təyyarəsinin sabiq Sovet İttifaqı tərəfindən yerə salınmasından sonra bu amerikalılar üçün elektron müharibə sahəsində ən böyük məğlubiyyət və rüsvayçılıq sayılır.

Sepah-ın Dəniz Qoşunları komandanı Əli Fədəvi də bu haqda deyib: “Amerikalılar İran İslam Respublikasının Dəniz Qoşunlarının potensialları ilə qarşılaşmağa qadir deyillər”.

Əli Fədəvi ABŞ və daha 25 ölkənin Oman dənizi ətrafındakı dəniz manevrinin formal xarakter daşıdığını bildirərək, enerji daşıyıcılarına olan ehtiyaclarını Fars Körfəzi hesabına təmin edən ölkələrə xitabən bildirib: “Amerikalılar nəinki təhlükəsizlik amili deyillər, əksinə, Fars Körfəzi məntəqəsində başlıca gərginlik amili sayılırlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır