Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün Penitensiar Xidmətin Müalicə Müəssisəsində daha bir ölüm hadisəsi baş verib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 1953-cü ildə İrəvanda anadan olmuş Piriyev Vahid Hümmət oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Təxminən 1 həftə əvvəl Cinayət Məcəlləsinin 213.2.2-ci (vergidən yayınma) maddəsi ilə həbs olunmuş şəxs bu gün müəssisədə dünyasən dəyişib.
Qeyd edək ki V.Piriyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar ölkədən gedib. O, sentyabrın 19-da Gürcüstan-Azərbaycan sərhədində saxlanılaraq istintaqa təhvil verilib. S.Piriyev iş adamıdır.
S.Piriyevin xərçəng xəstəliyindən öldüyü bildirilir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır