16 sentyabr 2012 - 19:30

Vüqar İboyev: “A.Qəniyevin səhhətində problem yaranıb, psixoloji gərginliyi var. Bu da onun haqsızlıqla həbs olunması ilə əlaqədardır”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən rejimin zindanında yatan Azərbaycan İslam Partiyasının sədr müavinin səhhətində ciddi problem yaranıb.

Bu barədə İslaminsesi.az xəbər portalına AİP Sumqayıt komitəsinin sədri Vüqar İboyev məlumat verib

Azərbaycan İslam Partiyasının Sumqayıt komitəsinin sədri Vüqar İboyev Salyan şəhəri 5 saylı cəzaçəkmə müəssisəsində AİP sədr müavini Arif Qəniyevlə görüşüb.

A.Qəniyevin səhhətində problem yaranıb, psixoloji gərginliyi var. Bu da onun haqsızlıqla həbs olunması ilə əlaqədardır. Düzdür, həbsxana rəhbərliyi ona diqqət yetirir, hətta ona tibb məntəqəsinə və Mərkəzi Xəstəxanaya köçürülməsini təklif etsə də o, bunu qəbul etməyib”- V. İboyev bildirib.

Xatırladaq ki, yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi Arif Qəniyevi 1 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Arif Qəniyev birinci instansiya məhkəmənin qərarından apellyasiya şikayəti verməyib. İslamçı Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanırdı.

Bu ilin iyunun 5-də məhkəmə Arif Qəniyevin cəzadan vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və iyunun 6-da İslamçı azadlığa çıxıb.

Lakin 30.08.2012 tarixdə əliyevlərin çıxartdıqları ədalətsiz məhkəmə qərarı ilə A. Qəniyevin cəzadan vaxtından əvvəl azad etmə haqqında hökm ləğv edilərək yenidən həbs olunub.

Bildirək ki, Arif Qəniyev əliyevlər rejimi tərəfindən Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ŞƏRLƏNƏRƏK həbs edilib.

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır