Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azırbaycanın qeyrətli vətəndaşlarının Masallıda beynəlxalq folklor festivalı adı altında milli və mənəvi dəyərlərə zidd tədbirin keçirilməsinə etiraz edib, qeyd olunan “diskotekanı” Azərbaycan deyil məhz erməni mentalitetinə uyğun olduğunu bildirmələrindən sonra əliyevlərin jandarm rejimi polis dəsgahın işə salaraq bir-bir dindarların ovuna çıxır.
Belə ki, növbəti hədəfə tuş gələn dindar vətəndaş Quliyev Vüsal Nüsrət oğludur.
O, dünən səhər saatlarında Masallı rayon polisləri tərəfindən Masallı köhnə bazarından aparılaraq həmin gün saat 16:45 radələrində Masallı rayon prokrorluquna təhvil verilib. 2-saata yaxın Bakı şəhərindən ezam olmuş müstəntiqlər Quliyev Vüsalı dindiriblər.
Xeber44.com verilən məlumata görə, prokrorluq Quliyev Vüsal-ı 2-gün ərzində məhkəmə qarşısına çıxarılacaqını bildirib.
Polis rəsmi olaraq inanclını nəyə görə saxladığını açıqlamayıb.
Xatırladaq ki, daha öncə də 5 dindar saxlanılıb: jurnalist Araz Quliyev, Rza Ağalı, Ziya Tahirov, Xalid Kazımov, Surac Ağayev
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır