14 sentyabr 2012 - 19:30

Ölkənin bir çox məntəqəsində terrorçular çarəsiz qalıb və onların sərkərdələri öldürülüb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Suriya Milli Ordusu ölkə xalqının əməkdaşlığı və həmkarlığı ilə ölkənin müxtəlif məntəqələrini əcnəbi terrorçuların murdar əməllərindən paklaya bilib.

Milli Ordu terrorçuları təmizləməkdə olduqca böyük müvəffəqiyyətlər əldə etmişdir.

 

Dəməşq və Dəməşq ətrafı: Ordu nəzərə çarpacaq dərəcədə irəliləyib

Bu ərazidə baş vermiş toqquşmalarda onlarla terrorçu öldürülüb, onlarla şəxs yaralanıb və onlarla silahlı silala birgə həbs edilib. Habelə, Suriya ordusu terrorçuların bir neçə sığınacağını da məhv edib.

Dəməşqin bəzi məntəqələrindəki atışmalarda terrorçular onlarla itki verərək qaçıblar.

 

Hələb: Hələ də atışmalar davam edir

Başqa terrorçuların köməyə gəlməsi üçün Kəfər Həmra yoluna nəzarəti ələ keçirmək istəyən terrorçularla ordu arasında qarşıdurma olub. Terrorçular ağır itkilər verərək geri çəkilməyə məcbur olublar.

Hələbin əl-Meydan bölgəsində terrorçularla dövlət qoşunu arasında güclü qarşıdurma olub. Onlarla terrorçu məhv edilib. Onların arasında bir komandan da olub. Burada bir partlayıcı qurğu düzəldilən emalatxana da kəşf edilib. Oradakı sursatlar götürüldükdən sonra, ora dağıdılıb.

 

Homs: Terrorçuların komandirləri öldürüldü

Ən-Nazihin məntəqəsində terrorçular “Riyaz əs-salihin” məscidini qumbara atanlardan atəşə tutmuşlar. Nəticədə məscidin binasına çoxlu zərər dəymişdir.

Digər qarşıdurmada isə, onlarla terrorçu və onların bir neçə səhra komandiri qətlə yetirilib və onlarla terrorçu yaralanıb.

Bundan əlavə, ordu qüvvələri 35 ton dizel yanacağının qaçaq şəkildə aparılmasına mane olublar.

 

Ədlib: Yerli əhali ordu qüvvələrilə əməkdaşlıq edir

Buradakı toqquşmada 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Yerli əhali gördükləri terrorçu sığınacaqları barədə orduya məlumat veriblər. Ordu qüvvələri bir neçə sığınacağı məhv edib. Bundan əlavə, Ömər Əvəz əl-Ömər və Əbdülğəni Həmadi adlı dinc əhalini yollardan oğurlayan iki terrorçu da öldürülüb.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır