Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün 25 şəvval 12.09.2012 Hidayət Çırağının altıncı nurunun şəhadət günüdür.
Bu gün İmam Zamanın (əccələllahu fərəcəhuş şərif) matəmə qərq olan günüdür.
Bu gün İslam Dünyasının matəmələ dolu hüzünlü günüdür.
Bu gün İslam Peyğənbərinin (səlləllahu əleyhi və alih) sinəsinə altıncı dərdli yaranın vurulan günüdür.
Bu gün Allahın (cəllə cəlaluh) yer üzərində Bəşər və Cin tayfalarına qərar verdiyi 6-cı höccətinin və yer üzündəki xəlifəsinin zalım şeytan və onun övliyaları tərəfindən amansızcasına şəhadətə yetirilən günüdür.
Biz ABNA olaraq bu hüzünlü günü və müsibətli anları, başda İmam Zaman həzrətləri (əccələllahu fərəcəhuş şərif) olmaqla onun haqq naibi İmam Xamneiyə və bütün dünya müsəlman və qeyri müsəlman xalqlarına baş sağlığı verir. Uca Allahdan hammınıza səbir və o həzrətin yolunu davam edənlərdən olmasın arzu edirik.
İmam Sadiq (əleyhis səlam) İnciləri
İmam Sadiq (ə) buyurur: “Bütün abadlıqda yaşayan cəmiyyətlər üç dəstəyə ehtiyaclıdırlar ki, dünya və axirət işlərində onlara pənah aparsınlar: bilikli və pəhrizkar fəqih (müctəhid), yaxşı və ədəbli hakim və agah və etimad olunası həkim”.
İmam Sadiq (ə): “Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz”. (Bütün günahları bağışlanar).
İmam Sadiq (ə): “Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
İmam Sadiq (ə): “Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər”.
İmam Sadiq (ə): “Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan”.
İmam Sadiq (ə): “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar”.
İmam Sadiq (ə): “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin”.
İmam Sadiq (ə): “Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir”.
İmam Sadiq (ə): «Kim ağılsız şəxsin (özünə qarşı rəftarının) əvəzini ağılsızlıqla çıxsa, ona qarşı (ağılsız tərəfindən) edilən rəftara razılığını vermişdir. Çünki ondan nümunə götürmüşdür
İmam Sadiq (ə) buyurmuşdur: ““Sübhanallah” demək insanın əməl tərəzisinin yarısını, “Əlhəmdulillah” onu bütünlüklə, “Allahu-əkbər” isə yerlə göyün arasını doldurar”.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır