10 sentyabr 2012 - 19:30

Terroristlərin Himayədarı Ərdoğan: “Edama səbəb ola biləcək bir məsələ yoxdur. Haşimini istədiyi qədər ölkəmizdə saxlayacayıq. Təslim etməyəcəyik”.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən əvvəl Ankarada mətbuat nümayəndələri ilə görüş zamanı Ölkəyə sığınan İraqın keçmiş vitse-prezidenti haqqında çıxarılan edam qərarı ilə bağlı suala cavab verərək deyib: İraqın keçmiş vitse-prezidenti Tarıq əl-Haşimini təslim etməyəcəyik.

Suriyanın daxili işlərinə qarışaraq yüzlərlə zabit və əskərlərini Suriyaya göndərərəy günahsız insanların qanın tökən Ərdoğan, İraqın daxili işlərinə də qarışaraq yüzlərlə günahsız insanları şəhid edilməsinə baiskar olduğu bilindi. Belə ki, Ərdoğan Tarıq əl-Haşimini təslim etməyəcəyi haqda çıxış etdiyi zaman belə deyib: "... Haşimi ilə bağlı məsələni yaxşı bilən siyasətçilərik. Edama səbəb ola biləcək bir məsələ yoxdur. Haşimini istədiyi qədər ölkəmizdə saxlayacayıq. Təslim etməyəcəyik”.

Xatırladaq ki, İraq Ali Məhkəməsi fərari vitse-prezident Tarıq əl-Haşiminin haqqında edam qərarı çıxarıb. Türkiyənin sığınacaq verdiyi, cinayətləri sübuta yetirilmiş Tarıq əl-Haşimi haqqında çıxarılan hökmün surəti Ankaraya göndərilib.

İraq Ali Məhkəməsi Tarıq əl-Haşimini məscidləri bombalamaqda, cinayətkar qruplara rəhbərlik etməkdə və kütləvi qətllərdə əlinin olduğunu sübuta yetirib.

Xəbərlə bağlı geniş məlumat qazanmaq üçün bu linki tıklayın:

 İraqda Tariq Haşimiyə edam hökmü verilən gün 9 terror aktı törədildi

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır