9 sentyabr 2012 - 19:30

Əgər 2001-ci ildə ABŞ-da cəmi 1209 məscid var idisə 2011-ci ildə bu rəqəm 2106-ya çatıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-da dövlət İslamla ilə mübarizə apardığı halda son 10 ildə ölkədə məscidlərn sayı 74 faiz artıb.

ABŞ-da məscidlərin sayının bu sürətlə artması yəhudi və xristian icmalarınn narahatlığına səbəb olub. Belə ki, əgər 2001-ci ildə ABŞ-da cəmi 1209 məscid var idisə 2011-ci ildə bu rəqəm 2106-ya çatıb.

ABŞ dini araşdırmalar mərkəzinin yaydığı açıqlamaya görə, hazırda Birləşmiş Ştatlarda ən çox məscid 10 ştatda daha cəmləşib. Belə ki, New Yorkda 257, Kaliforniyada 246, Texasda 166, Floridada 118, Elinoisdə və Niyokorsibada hər birində 109, Pensilvaniyada 99, Miçiqanda və Virciniyada hər birində 77 məscid var.

P.S: Xatırladaq ki, əliyevlər rejimi yürütdüyü anti-İslam siyasətlərinin nəticəsində rəsmən iki Məscidi dağıdılmış (Bakının Yasamal rayonu həzrəti Muhəmməd (s.ə.v.s) Məscidi, Neft Daşları Məscidi) və Xanım Fatiməyi Zəhra adına Məscid isə uzun uzadı mübahisələrdən sonra dağıdılması təxirə salınmışdır. Deyilənlərə görə İ.Əliyev əl-altılarına məscidin təmiri haqqda fərman versə də lakin prezident.az saytında onun bu fərmanına rast gəlmək qeyri mümkündür. Belə ki, Xanım Fatiməyi Zəhra adına Məscidin qapıları müsəlmanların üzünə hələdə bağlı qalmaqdadır.

 

Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır