Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının 20 illiyi qeyd olunur. Bu illər ərzində AİP siyasəti İslam meyarları ilə uzlaşdıran yeganə bir partiya olaraq Millətinə və torpaqlarının ərazi bütövlüyünə əbəssiz xidmətlər göstərmişdir.
Bu baxımdan İslam Partiyasının rəsmi saytı olan “islaminsesi.az” saytının müxbiri AİP Qazax Rayon Təşkilatının sədrindən müsahibə almışdır.
- Rəşad bəy, necə oldu ki, siz siyasətə gəldiniz və İslam Partiyasını seçdiniz? Axı bilirsiniz bəziləri bu partiyanı İranla bağlayır.
- İslam Partiyasından əvvəl başqa müxalifət partiyalarının üzvü olmuşam. AİP-in neqativliklərlə açıq mübarizəsini gördükdən sonra İslam Partiyasına üzv olmaq qərarına gəldim və üzv oldum. AİP haqqı deyən, Allahın və Rəsulullahın tutduğu yol ilə gedən partiyadır. Ona görə də başqa partiyaları deyil, məhz AİP-i seçdim. AİP-in çox aydın Nizamnəməsi, Məramnaməsi vardır. Partiya rəhbərliyinin apardığı siyasətdə dövlətimizin və xalqımızın maraqlarının qorunması, hər bir addımda və əməldə ərazi bütövlüyümüzün bərpa olunması tələbi özünü göstərir. Bu siyasət azərbaycançılığı təbliğ edir irançılığı yox.
- Rəşad bəy, siz həm AİP baş məclisinin üzvü, həm də Qazax Rayon təşkilatının sədr əvəzisiniz. Xahiş edirəm , Qazax Rayon Təşkilatı və onun fəaliyyəti barədə məlumat verəsiniz.
-AİP Qazax Rayon Təşkilatı olaraq yarandığı gündən partiyanın rayon komitəsinin toplantılarını keçirib. Rayonda AİP-in Gənclər Təşkilatını yaratmış, gənclər arasında ideoloji təbliğat, xüsusilə dini-mənəvi dəyərləri aşılayan söhbətlər aparılır. Biz yerli təşkilatın Qadınlar Şurasını da yaratmışıq. Üzvlərimiz arasında ən çox oxunan qəzet “Nəbz”-i vaxtaşırı alır, buradakı son məlumatlarla milli-mənəvi mövzularla, din alimlərinin tövsiyyələri ilə tanış oluruq. Rayonun bir çox kəndlərində yeni özəklər yaratmışıq. Fəal gənclərin partiya sırasına gəlişi son vaxtlar çoxalmışdır.Dəfələrlə partiya rəhbərləri ilə üzvlərimizin görüşünü təşkil etmişik. Qazaxda İslam müqəddəslərimizin tanıdılması, sevilməsində imanlı qardaşların rolu çoxdur.
Bütün bunlarla yanaşı Qazax rayonunda AİP-in rayon təşkilatlarının
yarandığı gündən təzyiqlərə məruz qaldığımız günlər də az olmayıb, bu gündə belə hallar davam edir.Qohumlarımıza da təzyiq edilib ki, mən bu yoldan
çəkinim. Amma onlara bildirirəm ki, mən bu yoldan çəkinən deyiləm.Çünki seçdiyim mübarizə və fəaliyyət yolu daxili tələbatım-əqidəmlə bağlıdır
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır