Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikasının xarici işlər naziri bildirib: “Kanadanın xarici işlər naziri BMT-nin baş katibi Pan Ki Muna ünvanlanmış rəsmi və açıq məktubunda onda istəmişdi ki, Tehran sammitində iştirak etməsin”.
İRNA-nın məlumatına görə, Əliəkbər Salehi bu gün İran İslam Respublikası parlamenti-İslam Şurası Məclisinin açıq iclasında Qoşulmayanlar Hərəkatının Tehran sammitindən öncə qərb ölkələrinin İran İslam Respublikasına qarşı mənfi atmosferin yaradılması istiqamətindəki səylərini xatırladaraq deyib: Kanada BMT-nin baş katibinə məktub ünvanlamaqla yanaşı, digər ölkələri də Tehran iclasında iştirakdan çəkindirməyə çalışırdı.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır