Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən müqəddəs Qum şəhərində 7 sentyabr tarixində qılınan Cümə Namazına Ayətullah Ustadi Rəhbərliy etmişdir.
Qumun Cümə Namazına Rəhbərliy edən Ayətullah Ustadi xütbələrində xalqı təqva və pəhrizkar olmağa dəvət etmiş, daha sonra isə siyasi məsələlərə toxunaraq bildirmişdir: “Düşmənlərimiz İslam İnqilabının qələbəsindən sonra İİR-ı dünyada təcrid olmuş bir dövlət kimi tanıtdırmağa səylər edirdilər. Onlar dünya birliyini, İslam Respublikasını tanımamağa və onu qəbul etməməyə çalışırdılar. İddia edirdilər ki, İran İslam Respublikası əgər istəyirsə digər ölkələr onunla hər hansı bir əlaqəyə girsin, mütləq bizim istəylərimiz qarşısında təslim olmalıdır.”
Ayətullah Ustadi çıxışına davam edərəy deyib: “Qoşulmama Hərəkatının 16-cı Sammitinin Tehranda böyük müvəffəqiyytlə keçirilməsi və 120 ölkənin ali məqamlı nümayəndə heyətlərinin Zirvə Toplantısında iştirak etməsi, düşmənlərin planlarının alt-üst, puç və yalan olduğunu sübut etdi”.
Qumun İmam Cüməsi daha sonra Zirvə Toplantı xəbərlərinin dünya meiyasında geniş sürətdə əks olunmasına işarə edərəy dedi: “QH- Sammitinin Tehranda keçirilməsindən sonra, bəzi ölkələr danışıq tonun dəyişməy məcburiyyətində oldular.”
Cənab Ustadi Dünya Müsəlmanları Lideri Cənab Seyyid Əli Xameninin Tehran Zirvə Toplantısında etdiyi çıxışnın “BMT Təhlükəsizlik Şurası tamami ilə qeyri demokratik, ədalətsiz və heç bir məntiqə sığmayan işlərin icrasını həyata keçirən bir orqandır. Bu istifadə tarixi ötmüş, diktator sistemli, köhnəlmiş bir sistemdir.” cümləsinə toxunaraq dedi: “İmam Xamenei cənablarının bu cümlələri eyni ilə xarici informasiya agentliylərində işıqlandırıldı. Xarici mediyalar verdikləri xəbərlərdə aşkarcasına bildirdilər ki, İmam Xamenei BMT-nin baş katibi və 120 ölkə nümayəndələrinin qarşısında, şücaətlə ABŞ quldur bir ölkə adlandırdı.”
Ayətullah Ustadi çıxışının davamında dedi: “işğalçı israil rejimin xəbər agentlikləri də Ayətullah Seyyid Əli Xameneinin BMT katibi qarşısında İsraili qaniçən bir rejim adlandıraraq Pan Gi Munun buna heç bir etiraz etməməsin yazıdılar.”
Qumun Cümə Namazının müvəqəti Rəhbəri daha sora dedi: “Düşmən medialarının Tehran Zirvə Toplantısı haqqında “İslam Respublikasının Qoşulmama Hərəkatının Zirvə Toplantısına ev sahibliy etməsi Təhlükəsizlik Şurasının üzünə möhkəm bir sillə vurmaqdır” yazmaqları böyük əhəmiyyət kəsb edir.”
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır