Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən NATO-nun baş katibi Anders Foq Rasmussen cümə günü Azərbaycan Diplomatik Akademiyasında (ADA) çıxış edərkən bildirib: “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mövcud deyil”.
“Münaqişədə irəli getməyin yeganə yolu dialoq, kompromis və əməkdaşlıqdır", - Rasmussen deyib. Xəbər baş katibin Twitter-dəki rəsmi səhifəsində verilib.
"Mən Azərbaycanın zabit Ramil Səfərovu əfv etməsi qərarından son dərəcə narahatam. Bu, etimada ziyan vuracaq və sülh prosesinə yardım etməyəcək", - NATO baş katibi bildirib.
Onun fikrincə, münaqişə dirçəlməməlidir: "Regionda gərginlik azalmalı, barışıq və əməkdaşlığa yardım üçün tədbirlər görülməlidir. Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır və NATO Azərbaycanın mühüm tərəfdaşı qalmaqda davam edəcək".
P.S: Qeyd edək ki, İlham Əliyev bir müddət öncə Dağlıq Qarabağ və itirilmiş 7 rayon məsələsi ilə bağlı çıxışında “Lazım Gələrsə torpaqlarımızı müharibə yolu ilə alarıq” demişdir.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır