4 sentyabr 2012 - 19:30

Məhkəmə jurnalistin vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası “Səhər” telekanalının Bakı ofisinin jurnalisti Anar Bayramov azadlığa buraxılıb.

Məhkəmə jurnalistin vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Anar Bayramlı 1980-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildən etibarən İran İslam Respublikasının “Səhər” telekanalının Bakı ofisində jurnalist kimi çalışan Anar Bayramlı fevralın 17-də ŞƏRLƏNƏRƏK həbs edilib. Ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə BÖHTAN ATILARAQ, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin appelyasiya şikayəti nəticəsində 2 il həbs hökmü 1 ilə endirilmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır